Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:43

-

«Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin sabiq sədr müavini Mübariz Mədətovun pensiya şikayəti üzrə məhkəmə prosesi başa çatdı.

Sabiq məmur pensiyasının iş stajına yox, əməkhaqqıya görə hesablanmasını və 2009-cu ildən yaranan məbləğ fərqinin toplanaraq birdəfəlik ödənilməsini tələb edirdi. 2 saylı İnzibatı-İqtisad Məhkəməsi iddianı təmin etmişdi. Dövlət Sosial Müdafiə Fondu da bu qərardan apellyasiya şikayəti vermişdi.

Bakı Apellyasiya Məhkəməsində Elmira Nağıyevanın sədrlik etdiyi hakimlər heyəti Mübariz Mədətovun haqsız olduğu qənaətinə gəlib və birinci instansiya məhkəməsinin həmin qərarını ləğv edib.

Xatırladaq ki, Mübariz Mədətov oğlu Xalid Mədətovun törətdiyi ağır yol qəzasından iki gün sonra – 2014-cü ilin martında vəzifəsindən azad edilib. Həmin qəza nəticəsində məşhur tarzən, xalq artisti Ağasəlim Abdullayevin həyat yoldaşı Brilyant Abdullayeva və onun nəvəsi Ağasəlim Abdullayev dünyasını dəyişib. Xalid Mədətov isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG