Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:21

İntiharlar, dayanan layihələr, siyasi fırtınalar...


Eldar Mahmudov
Eldar Mahmudov

-

İŞADAMINDAN HAQQ ALINMASI MTN-İN ÖZ FƏALİYYƏTİ DEYİLDİ

«Ali Məhkəmə MTN-in keçmiş şefi Eldar Mahmudovla bağlı şikayətləri geri qaytarır». «Azadlıq» qəzetində dərc edilən yazısında belə deyilir:
«MTN məsələsi gündəmə gələndə də yazdıq ki, məqsəd şəffaflıq, sahibkarlara azadlıq vermək deyil. Sadəcə kimlərsə oyun qaydalarını pozdular və bunun nəticəsi olaraq yeni kampaniya başladı. Amma hamı da bilir ki, hansısa siyasətçinin həbsi, iş adamının sıradan çıxarılması, haqq alınması MTN-in öz fəaliyyəti deyil, yuxarıların tapşırığı ilə edilib» -deyə yazıda qeyd edilir.

Yazıda bildirilir ki, bu həbslərdən sonra MTN-in haqsızlıqlarına məruz qalan 100-lərlə şəxs ədalətin bərpası ümidi ilə Ali Məhkəməyə müraciət edib:
«Amma Ali Məhkəmənin bu müraciətləri rədd etməsi yazılanları təsdiqləyir. Bəli, MTN-in tərksilah edilməsi hökumətdaxili toqquşmaların təzahürüdür. Dəyişən təkcə Eldar Mahmudovdur, sistem yerindədir» - deyən müəllif bildirir ki, ədalətsiz hökm verən hakimlər, həbslərə yol açan şəxslər hələ də vəzifə başındadır:

«Bir daha təkrar edirik ki, bütün bunlar sistemin mahiyyətindən qaynaqlanır. Əgər hökumət siyasi iradə göstərmiş olsaydı, heç bir məhkəmə vətəndaşların şikayətini rədd etməklə keçmişin qaranlıq səhifələrini qapatmağa çalışmazdı».

Nardaran
Nardaran

«NARDARANIN BAŞ MEYDANI HƏLƏ DƏ DAXİLİ QOŞUNLARIN NƏZARƏTİNDƏDİR»

Bu barədə «Yeni Müsavat» qəzetində yazılır. Məqalədə kənddəki son durum belə anladılır:

«Bir neçə aydır ki, qəsəbəyə sakinlərdən başqa heç kəs buraxılmır. Marşrut avtobusundan başqa da qəsəbəyə heç bir maşın daxil ola bilmir.

Kənd sakinləri yenidənqurma nəticəsində onlara verilən kompensasiyalardan narazıdırlar. Onlar deyirlər ki, sökülən evlərin hər kv. metrinə 500 manat kompensasiya verilməsi azdır. Çünki bu pulla ev tikmək mümkünsüzdür.

Vaxtı ilə kəndin girişində yazılmış dini şüarlar indi gözə dəymir».
Yazıda yada salınır ki, Nardaranda yenidənqurma işləri ilə bağlı 12 milyon manat vəsait ayrılmışdı.

Tikinti
Tikinti

BAKIDA 10-LARLA LAYİHƏ YARIMÇIQ QALIB

Bunu jurnalist Ramid İbrahimov «Bizim Yol» qəzetindəki məqaləsində bildirir:

«Son bir neçə ildə Bakıda qızğın tikinti işləri gedirdi. Neftin qiymətinin ucuzlaşması ilə dövlət investisiyaları kəsildi. Xaricdən gələn mallar bahalaşdı və bu sahədə çalışan 10 minlərlə insan işsiz qaldı. Tikintilərin çox yarımçıq qaldı. Onlardan biri də Abşeron Olimpiya İdman Kompleksidir».

Müəllif qeyd edir ki, 2015-ci ildə istifadəyə verilməli olan kompleksdə tikinti işləri getmir:

«Köhnə Bakı mehmanxanasını yerində tikinti işi dayanıb, Bakı Dövlət Universitetinin tələbə şəhərciyi tikintisi sahəsində də susqunluqdur. Tarixi «Sovetski məhəlləsi»ndə də söküntü işləri dayandırılıb. Yasamal rayon İcra Hakimiyyəti sakinlərə vəd etdiyi kompensasiyaları ödəyə bilmir»- deyə müəllif yazır.

Həbsxana
Həbsxana

«AZƏRBAYCANDA İLDƏ 30-DƏK MƏHBUS İNTİHAR EDİR

Bunu isə «Exo» qəzetinə hüquq müdafiəçisi Eldar Zeynalov bildirir. O, belə hallarla bağlı təcridxana və həbsxanalarda psixoloji işin təkmilləşdirilməsini vacib sayır.

Onun fikrincə, uzunmüddətli həbs cəzası almaq məhbusları belə intiharlara əl atmağa məcbur edir:

«Yox əgər insan bir müddət sonra buna əl atıbsa, burada hansısa təzyiqlərdən və ya psixi problemlərdən danışmaq olar. Bəzənsə kriminal dünyanın qanunları bir sıra məhbusları buna əl atmağa vadar edir» - deyə E.Zeynalov bildirir.

Hüquq müdafiəçisi deyir ki, digər kateqoriyalarla müqayisədə məhbuslar intihara meylli olurlar. Ona görə də məhbəs yerlərində psixoloji xidmət olduqca zəruridir.

BAKINI SİYASİ OYUNLARA CƏLB EDİRLƏR

«Novoye Vremya» qəzeti Azərbaycan dövlət başçısı İlham Əliyevin Londonda Suriya böhranı ilə bağlı tədbirə qatılmasını belə dəyərləndirir. Müəllif Rövşən Vəliyevə görə, bütün bunlar Azərbaycana yaxşı heç nə vəd etmir. İndiki halda müəllif Azərbaycanın münaqişəli problemlərə toxunmamasını daha uyğun görür:

«Yaxın Şərq siyasətində Qərb Rusiya qarşıdurması artır. Buna görə də biz istəmədən belə regionun çox sərt siyasi oyunları ilə toqquşa bilərik. Bakı buradan necə çıxa bilər, onu gələcək göstərəcək» - deyə müəllif yazır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG