Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:38

-

Braziliya fevralın 4-də iki Zika virusuna yoluxma halının qanla keçdiyini bildirib. Bu, virusla bağlı narahatlığı daha da artırıb. Daha öncə Zikanın hamilə qadınlarda dölə təsir etdiyi, doğuş qüsurları yaratdığı bildirilirdi.

Zika adətən ağcaqanad dişləməsindən yaranır, ancaq bu həftə bir cinsi yolla yoluxma barədə məlumat verilib.

Braziliyanın Campinas Universitetinin tədqiqatçıları genetik testin nəticəsini açıqlayıblar. Bəlli olub ki, ötən ilin mayında Zikaya yoluxmuş bir nəfərdən qanköçürmə yoluyla digər bir şəxs yoluxub. Ancaq onda virusun simptomları üzə çıxmayıb.

Bir yaralı isə çoxsaylı qan köçürmələri zamanı yoluxub, ona qanı viruslu şəxs veribmiş.

Hələlik Zikanın müalicəsi, yaxud vaksini yoxdur. Bu virus Amerikanın azı 26 ölkəsində yayılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG