Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:08

İran və Azərbaycan arasında razılaşma


Astara gömrüyü
Astara gömrüyü

-

Biləsuvar və Astara sərhəd-keçid məntəqələri 24 saat işləyəcək.

Bu barədə Azərbaycan və İran gömrük xidmətlərinin yüksəkvəzifəli şəxsləri arasında keçirilən ikitərəfli görüşdə razılıq əldə olunub.

Azərbaycan və İran gömrük rəhbərləri əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər. Bu haqda xəbəri APA yayıb.

Xəbərə görə, danışıqlarda Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev, Naxçıvan Gömrük Komitəsinin sədri Asəf Məmmədov, İran tərəfdən isə Gömrük İdarəsinin Beynəlxalq münasibətlər idarəsinin rəisi Əhəd Pərahan iştirak edib.

Tərəflər Biləsuvar və Astara sərhəd-keçid məntəqələrinin 24 saat işləməsi və həmçinin İranın Biləsuvar sərhəd-keçid məntəqəsinin yük xəttinin cümə günləri fəaliyyət göstərməsi haqda razılaşıblar. Eləcə də hər iki ölkənin ərazisində müvafiq tranzit daşımaları zamanı ortaya çıxan problemlərin aradan qaldırılması istiqamətində işlərin davam etdirilməsi qərara alınıb. Gündəlikdə duran məsələlər üzrə aparılmış müzakirələrin yekunu kimi də gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında hökumətlərarası sazişin layihəsi razılaşdırılıb. Həmçinin «Məlumat mübadiləsi sistemi» haqqında texniki təminat sənədinin pilot layihə kimi istifadəsinə dair razılıq əldə olunub. Bu sənədə əsasən, Azərbaycandan İrana və əks istiqamətdə keçən mallar barədə elektron məlumat mübadiləsi aparılacaq.

XS
SM
MD
LG