Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:22

Vərəmə qarşı proqram təsdiq edilib


Foto illüstrasiya
Foto illüstrasiya

-

Nazirlər Kabineti «2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı»nı təsdiq edib.

Xəbəri APA yayıb

Xəbərə görə, qərarda 2011-ci illə müqayisədə dispanser qeydiyyatında olan vərəmli xəstələrin sayı 11 mindən 9,5 minə qədər azalıb. Bu xəstəlikdən ölüm hallarının hər 100 min nəfərə 4.2-dən 3.9-a endiyi bildirilir..

Eyni zamanda vərəm xəstəliyi ilə mübarizənin daha da təkmilləşdirilməsi, xəstəlik hallarının erkən aşkar edilməsi və müalicəsi məqsədi ilə tibb müəssisələrinin gücləndirilməsinə ehtiyac var. Bu sahədə çalışan kadrların hazırlıq səviyyəsi artırılmalı və əhali arasında maarifləndirmə işləri aparılmalıdır. Tədbirlər Proqramının məqsədi ölkədə vərəm xəstəliyinin yayılma səviyyəsinin aşağı salınması, bu xəstəliklə bağlı əlilliyin və ölüm hallarının azaldılmasıdır.

Proqram üzrə həyata keçiriləcək tədbirlərin əlaqələndirilməsini, monitorinqini və qiymətləndirilməsini Səhiyyə Nazirliyi həyata keçirir.

Tədbirlər Proqramına əsasən, nazirlik vərəm xəstəliyinin profilaktikası məqsədilə uşaqların peyvənd edilməsi, tibb müəssisələrinin spesifik sınaq vasitələri və vərəm əleyhinə dərman preparatlarıilə davamlı təmin etməlidir.

XS
SM
MD
LG