Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:52

"Hamlet"ə baxmağa 4 min qaçqından 150-si gəlib


Fransada qaçqın düşərgəsində "Hamlet" tamaşası

Fransada qaçqın düşərgəsində "Hamlet" tamaşası

Şekspir Dünya Teatrı "Hamlet" tamaşasını Fransanın şimalındakı qaçqın düşərgəsində göstərib.

-

Şekspir Dünya Teatrı (Shakespeare's Globe theater) "Hamlet" tamaşasını Fransanın şimalındakı miqrant düşərgəsində göstərib.

"Kale cəngəlliyi" kimi tanınan o düşərgədə 4 mindən çox şərqli qaçqın yaşayır. Amma tamaşaya baxmağa 150 nəfər gəlb.

Bu 3 saatlıq faciə Şekspirin 450 illiyi münasibətilə dünyada tamaşalar göstərən bu teatrın ən diqqətçəkən işi idi. Tamaşanın necə keçəcəyini çoxları maraqla gözləyirdi.

Hazırlıq prosesi uzun çəkmişdi. Qaçqınlarda maraq yaratmaq üçün səhnəni qurmağa elə onların arasından könüllülər cəlb edilmişdi.

Tamaşadan əvvəl haqqında mətnlər ingilis, fransız, ərəb, fars, dari və başqa dillərdə qaçqınlara paylanmışdı.

Nəhayət, şərqli qaçqınların və qərbli aktyorların bir səhnə ətrafında görüntüləri yayılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG