Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:38

-

ABŞ-ın Müdafiə naziri Ashton Carter fevralın 4-də bildirib ki, Səudiyyə Ərəbistanı İslam Dövləti (İD) qruplaşması yaraqlılarına qarşı müharibəyə daha çox töhfə vermək istəyir.

Carter-in dediklərindən bir neçə saat öncə Associated Press agentliyi Səudiyyə ordusunun sözçüsünə istinadla yazıb ki, krallıq Suriyaya quru qüvvələri göndərməyə hazırdır. Səudiyyə, ABŞ koalisiyası təklifə razılaşarsa, İD yaraqlılarına qarşı savaşmaq istəyir.

Təklif fevralın sonunda Brüsseldə koalisiya liderləri ilə müzakirə olunacaq. Ancaq ər-Riyadın nə qədər qüvvə göndərmək istədiyi açıqlanmır.

Carter Vaşinqtonda deyib ki, Səudiyyənin niyyətindən xəbərdardır. O da təklifin Brüsseldə müzakirə olunacağını təsdiqləyib.

Bir gün öncə Cenevrədə BMT-nin vasitəçilik etdiyi sülh danışıqları ertələnib.

Günün bütün mövzuları

XS
SM
MD
LG