Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:59

-

Fevralın 5-də Hacıqabul, Şabran, Sabirabad və Lənkəran rayonlarınin təbii qaz təchizatında məhdudiyyətlər olacaq. “Azəriqaz” İB-nin açıqlamasında belə deyilir.

Hacıqabul, Sabirabad, Şabran və Lənkəran rayonunun bir hissəsində, saat 10-dan 16-ya kimi təbii qazın verilməsi dayandırılacaq.

Bundan əvvəl “Azəriqaz” İB-nin açıqlamasında fevralın 5-də Bakının Abşeron, Binəqədi, Xəzər, Sabunçu və Suraxanı rayonlarında da qazın kəsiləcəyi bildirilmişdi.

Bakı Regional Qaz İstismarı Departamenti buna səbəb kimi təmir işlərini göstərir. Departamentin bildirməsinə görə, təmirdə inzibati rayonların qaz xətlərində aşkar olunan sızmaların qarşısı alınacaq. Bununla bağlı fevralın 5-i saat 09:30-dan Xırdalan şəhərının bir hissəsində, Qobu, Güzdək, Hökməli qəsəbəsində qazın verilməsi dayandırılacaq. Eyni aqibətlə Biləcəri, Sulutəpə, Çiçək qəsəbəsi, Xəzər rayonunun Mərdəkan, Zirə, Şüvəlan qəsəbəsi, Sabunçu rayonunun Pirşağı, Nardaran qəsəbəsi, Suraxanı rayonunun isə Hövsan kəndi və Bülbülə qəsəbəsi də üzləşəcək. Qazın saat 17-də bərpa olunacağı deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG