Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:44

-

"Azadlıq" qəzetinin həbsdə olan əməkdaşı Seymur Həzinin işinə yaxın vaxtlarda Ali Məhkəmədə baxılacaq.

Jurnalistin vəkili Adil İsmayılov AzadlıqRadiosuna bildirib ki, Seymur Həzinin işi üzrə kassasiya şikayəti dekabrın sonunda Ali Məhkəməyə təqdim olunub. Kassasiya şikayətində jurnalist barədə aşağı instansiya məhkəmələrinin hökm və qərarlarının ləğvi, ona qarşı cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi istənilir. İşin hansı hakimin icraatına verildiyi və prosesin vaxtı hələlik məlum deyil.

Xatırladaq ki, xaricdən yayınlanan və hökuməti tənqid edən "Azərbaycan saatı" televiziya proqramının da aparıcısı olan Seymur Həzi 2014-cü il avqustun 29-da həbs edilib və ona qarşı CM-nin 221-ci (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Məhərrəm Həsənov adlı şəxsə xəsarət yetirməkdə ittiham olunan jurnalist Abşeron Rayon Məhkəməsinin hökmü ilə beş il azadlıqdan məhrum edilib.

Hazırda 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Seymur Həzi ittihamı rədd edir və hökuməti tənqid edən yazılarına, çıxışlarına görə siyasi sifarişlə həbs olunduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG