Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:22

-

Fevralın 5-də Bakının Xəzər rayonunda, eləcə də İmişli, Saatlı və Sabirabad rayonlarının bir hissəsinin qaz təchizatında problemlər olacaq.

Bu haqda SOCAR xəbər verir.

SOCAR-ın bilgisinə görə, problemlər Abşeron, Hacıqabul və Astara magistral qaz kəmərlərində cari təmir işlərinin aparılması ilə bağlıdır.

Yada salaq ki, SOCAR cari təmir işlərinə görə, fevralın 3-də Yasamal rayonunun qaz təminatında qısamüddətli problemlərin olacağını xəbər vermişdi. Həmin tarixdə Yasamal rayonunun əksər ərazilərində saat 12:00-dan 20:00-dək qaz verilişi dayandırılmışdı. Fevralın 4-də Abşeron rayonun bəzi ərazilərində də qaz müvəqqəti kəsilmişdi.

XS
SM
MD
LG