Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:08

AFFA fevralın 26-da FİFA prezidentliyinə seşkidəUEFA-nın hazırkı baş katibi Canni İnfantinonu (Gianni Infantino) dəstəkləyəcək.

Bu barədə fevralın 4-də AFFA məlumat yayıb.

İnfantino 15 ildir ki, UEFA-da çalışır.

O yanvarın 19-da seçkiqabağı proqramını açıqlayıb.

Proqram 3 hissədən ibarətdir: İslahat və effektiv idarəetmə, Demokratiya və yardım, Futbolun inkişafı.

İnfantino proqramda futbolun inkişafı ilə bağlı baxışları və ideyalarını bölüşüb.

UEFA-nın üzvü olan milli assosiasiyaların əksəriyyəti və digər federasiyalar onun namizədliyini dəstəkləyirlər.

Qeyd edək ki, FİFA prezidentliyi uğrunda 5 namizəd mübarizə aparır.

Bunlar Şahzadə Ali bin al Hussein, Jerome Champagne, Shaikh Salman Bin Ebrahim Al Khalifa , Tokyo Sexwale və Gianni İnfantinodur.

Qeyd edək ki, təşkilatın keçmiş prezidenti Zeep Blatter korrupsiya qalmaqalına görə ötən il istefa verməli oldu.

Buna görə FİFA-nın Sürixdəki baş ofisində axtarış aparılır, kompüter və sənədlər götürülüb.

Bundan sonra təşkilatın bir sıra keçmiş və hazırkı rəsmisi barəsində cinayət işi açılıb.

UEFA prezidenti Michel Platini də korrupsiya qalmaqalına görə rəhbərlik etdiyi qurumda fəaliyyətini və FİFA prezidentliyinə namizədliyini dayandırmalı olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG