Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:14

Azərbaycan Avropaya «Rusiya yolu» ilə gedir...


Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi

-

Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı üzv olduğu dövlətlərarası orqanların qərarlarının icrası qaydalarını dəyişdirir.

Milli Məclisin yaz sessiyasında bununla bağlı Konstitusiya qanunu statusunda yeni qanunun qəbul edilməsi nəzərdə tutulurBu barədə «Report» xəbər yayıb.

Artıq parlamentin yaz sessiyasının planına «İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında» Konstitusiya qanunu layihəsinin müzakirəsi məsələsi daxil də edilib.

Azərbaycan bu məsələ ilə bağlı əksər dövlətlərarası qurumların yurisdiksiyası daxilindədir. Bu sahədə daha çox müraciət olunan belə qurum Avropa İnsan Haqları Məhkəməsi və BMT-nin İnsan Haqları Komitəsidir.

Yada salaq ki, Milli Məclisin müzakirəsinə gələn bu mövzu 2015-ci ildə Rusiyada gündəmdə idi. Bunun nəticəsində Rusiyada ötən ilin dekabrında ölkənin Konstitusiya Məhkəməsinə Avropa Məhkəməsinin qərarlarını inkar etməyə icazə verən qanun qəbul olunub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG