Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:39

İntiqam Əliyev mükafatlandırıldı


İntiqam Əliyev
İntiqam Əliyev

-

Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyev daha bir beynəlxalq mükafata - Avropa Vəkillər Birliyinin (CCBE) ali insan haqları mükafatına layiq görülüb. Bu barədə hüquq müdafiəçisinin oğlu Nəcmin Kamal öz Facebook səhifəsində yazıb.

Mükafat Vyanada CCBE Daimi Komitəsinin 124-cü fövqəladə Plenumumda təqdim olunub.

İntiqam Əliyev 2014-cü il avqustun 8-də vergilərdən yayınma, sui-istifadə, qanunsuz sahibkarlıq və israfçılıq ittihamları ilə həbs edilib. 2015-ci il aprelin 22-də o, 7 il yarım müddətinə azadlıqdan məhrum edilib. İyulun 21-də Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.

«Amnesty International» təşkilatı İntiqam Əliyevi vicdan məhbusu elan edib.

CCBE öz sıralarında 32 Avropa ölkəsindən 1 milyon hüquqşünasını birləşdirir.

XS
SM
MD
LG