Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:36

-

Gürcüstan baş nazirinin müavini və energetika naziri Kaxa Kaladze fevralın 4-də SOCAR-ın prezidenti Rövnəq Abdullayevlə görüşüb. Görüşdə Azərbaycanla Gürcüstan arasında yaranan qaz nəqli problemləri müzakirə edilib.

Bu haqda SOCAR xəbər yayıb.

Rövnəq Abdullayev - Kaxa Kaladze görüşündə Azərbaycan qazının Gürcüstana nəqlində yaranmış problemlər və onların həll yolları müzakirə olunub.

SOCAR xəbər verir ki, tərəflər həmçinin, Cənub Qaz Dəhlizinin inkişaf perspektivlərini, Cənubi Qafqaz Boru Kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinin tikintisinin gedişini də müzakirə ediblər. Tərəflərin danışıqlar və görüşlərin müntəzəm davam etdirilməsi barədə razılığa gəldiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG