Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:22

-

Fevralın 5-də Bakı və Abşeronda hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Meteorologiya Departamentinin məlumatına görə, bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi arabir güclənəcək.

Bakıda gecə 4-6, gündüz 14-16 dərəcə isti olacaq.

Fevralın 5-də rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.

Gecə 1-6, gündüz 12-17 dərəcə isti olacaq, bəzi yerlərdə 20 dərəcəyədək isti gözlənilir.

Yüksək dağlıq ərazilərdə 5-8 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG