Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:19

-

Azərbaycan prezidenti İlham Əliyev Suriya üzrə donor konfransında iştirak etmək üçün Londona gedib. Konfrans cümə axşamı BMT-nin təşəbbüsü və bəzi Avropa ölkələrinin dəstəyi ilə keçirilir. Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilib.

Konfransı Böyük Britaniya, Almaniya, Norveç, Küveyt və BMT təşkil edilib. Məqsəd Suriyada beşillik müharibədən zərər çəkənlər üçün maliyyə vəsaitinin toplanması və humanitar proqramların həyata keçirilməsidir. Bu işə 9 mlrd. dolların cəlb edilməsi planlaşdırılır.

Suriya ilə həmsərhəd olan və 4.6 mln. qaçqını qəbul edən Türkiyə, Livan və İordaniya kimi ölkələr operativ qaydada 1.2 mlrd. dollar alacaqlarına ümid edirlər.

Ciddi iqtisadi böhranla üzləşən Azərbaycanın hansı maliyyə töhfəsini verməyi planlaşdırdığı isə hələlik məlum deyil.

Yanvarın 10-da hökumətin iclasında çıxış edən prezident İlham Əliyev bildirmişdi ki, Suriya və İraqdakı vəziyyət onu ciddi narahat edir:
«Biz bu regionda yaşayırıq və burada baş verən hadisələr istər-istəməz bizə də təsir edir... Milyonlarla adam qaçqın və köçkün vəziyyətində yaşayır. Həmin adamların taleyi təbii ki, bizi də narahat edir. Belə ki, vaxtilə biz özümüz də böyük humanitar fəlakətlə üz-üzə qalmışdıq».

BMT-nin Qaçqınlar üzrə Agentliyinin Bakı ofisinin məlumatına görə, Azərbaycana Suriyadan dörd qaçqın ailəsi gəlib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG