Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:20

Nəzarət Palatası niyə yaradıldı? - Açıqlama


İlham Əliyev
İlham Əliyev

-

Prezidentin İqtisadi İslahatlar üzrə Köməkçi Xidməti Apellyasiya Şuralarının və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) yaradılması ilə bağlı fərmanları şərh edib.

Köməkçi Xidmətinin açıqlamasında vurğulanır ki, MBNP-nın yaradılması ölkənin maliyyə-bank sisteminin səmərəli inkişafının təmin olunması məqsədini daşıyır. Eyni zamanda bu sahədə tənzimlənmə və nəzarətin mütərəqqi mexanizmləri tətbiq ediləcək:

«Palata qabaqcıl beynəlxalq prinsiplərə əsaslanaraq Azərbaycanda qiymətli kağızlar və sığorta bazarları, investisiya fondları, ödəniş sistemlərini həyata keçirəcək. Kredit təşkilatları, o cümlədən milli poçt operatorunun maliyyə-bank fəaliyyətinin tənzimlənməsinin bütün aspektləri də öz həlini tapacaq»- deyə açıqlamada qeyd edilir. Köməkçi Xidməti şəffaflılığın təmin edilməsi üçün MBNP-nin kollegiallıq prinsipləri ilə idarə olunacağını vurğulayır.

Prezident yanında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, Apellyasiya Şuralarının yaradılmasına gəlincə, Köməkçi Xidməti qeyd edir ki, şuraların yaradılması ölkə başçısının sahibkarların hüquqlarının qorunması istiqamətində atdığı növbəti addımdır. Şuraların yaradılmasını sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində obyektivliyin təmin edilməsini zəruri edib. Məqsəd sahibkarların maraqlarının müdafiəsi və mərkəzi, yerli icra hakimiyyəti orqanlarının qərarlarından yuxarı orqana təkrar şikayətlərin verilməsini təmin etməkdir.

Köməkçi Xidməti qeyd edir ki, ölkə başçısının tapşırığına əsasən, Xidmət bu sferada görülmüş və görüləcək işlər barədə davamlı olaraq ictimaiyyəti bilgiləndirəcək.

Prezident İlham Əliyev fevralın 3-də Maliyyə Bazarlarına Nəzarət Palatasının və Prezident yanında Apellyasiya Şurasının yaradılması barədə fərman verib.

Müstəqil ekspertlər yeni qurumların yaradılmasını təqdir edir, eyni zamanda, həmin qurumların necə işləyəcəyinin əhəmiyyətli olduğunu vurğulayırlar.

XS
SM
MD
LG