Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:00

-

Bir məhbus özünü asıb, digəri ürəktutmasından keçinib.

10 saylı cəzaçəkmə müəssisəsində məhkum vəfat edib. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin məlumatına görə, səhər yoxlaması zamanı məhkum Rahil Bədəlov qəflətən vəfat edib.

Penitensiar Xidmətdən APA-ya verilən məlumatda məhkumun ürək xəstəliyindən əziyyət çəkdiyi, olayın detallarının araşdırıldığı bildirilib.

Mərhum R.Bədəlovun yaxınlarının isə ölüm hadisəsi ilə bağlı fikirləri bəlli deyil.

Daha bir ölüm hadisəsi Qobustandakı cəzaçəkmə müəssisəsində baş verib. Ömürlük azadlıqdan məhrum edilmiş 41 yaşlı məhbus Sübhay İbrahimov həbsxanada özünü asıb.

İntihar hadisəsi ilə bağlı Qaradağ Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünüöldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG