Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:56

-

Qərb liderləri Ukraynanın istefa vermiş iqtisadiyyat nazirinin islahat cəhdlərini alqışlayıb və Kiyevi həmin islahatları davam etdirməyə çağırıb. Aivaras Abromavicius fevralın 3-də istefa verib.

ABŞ Dövlət Departamentinin sözçüsü John Kirby onun apardığı sərt iqtisadi siyasəti alqışlayıb, “Ukraynaya real nəticələr verdiyini” deyib və ölkə liderlərini çağırıb ki, antikorrupsiya tədbirlərini davam etdirsinlər.

ABŞ, Almaniya və Britaniyanın Kiyevdəki səfirləri bu istefadan “dərin təəssüf” hissi keçirib, islahatların davam edəcəyinə ümidlərini bildiriblər.

Litva kökənli Abromavicius deyib ki, böyük islahatların qarşısı alındığı üçün istefa verir, “sistematik və vacib islahatlara əngəllər kəskin artıb”.

Günün bütün mövzuları

XS
SM
MD
LG