Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:10

-

ABŞ konqresmeni Dövlət katibi John Kerry-dən tələb edir ki, ötən ay Tehran amerikalı məhbusları azad edən gün İrana 1.7 milyard dolları niyə ödədiyini izah etsin.

Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin sədri Ed Royce-nin sözlərinə görə, bu pul “amerikalı girovların buraxılması üçün de-fakto ödənişə bənzəyir. İranın Bəsici komandiri bunu elə belə də adlandırıb”. Konqresmen fevralın 3-də Kerry-yə məktubunda yazıb.

Yanvarın 17-də Dövlət Departamenti bildirib ki, ABŞ və İran arasında uzun müddətdən bəri qalmış məhkəmə iddiası həll olunub, Tehrana 1981-ci ildən dondurulmuş 400 milyon dollar üstəgəl 1.3 milyard dollarlıq faiz ödənib. Ağ Ev bəyan edib ki, daha çox faizin yığılmasını gözləməkdənsə, məsələni həll etmək daha yaxşı alternativdir.

Royce Kerry-dən xahiş edib ki, fevralın 17-dək İranla danışıqlarda iştirak etmiş bütün rəsmilərin siyahısını təqdim etsin. Konqresmen həmçinin faiz ödənişinin necə hesablandığını sual edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG