Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:39

Neftçi yaxınlarına psixoloji yardım davam edir


Neftçilərin dəfn mərasimindən arxiv fotosu

Neftçilərin dəfn mərasimindən arxiv fotosu

-

Ötən ilin dekabrında “Günəşli” neftçıxarma platformasındakı qəzadan sonra xilas edilənlərə və itkin düşənlərin qohumlarına psixoloji yardım davam edir. Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin (PSM) rəhbəri professor Fuad İsmayılov “Turan”ın əməkdaşına bildirib ki, onların klinik psixoloq və həkim psixiatrlardan yaradılmış 6 nəfərlik qrupu hadisədən sonrakı 5 günündə Dövlət Neft Şirkətinin ofisində fəaliyyət göstərib. Burda onlara əsasən itkin düşənlərin ailə üzvləri və yaxınlarından ibarət 22 nəfər müraciət edib. Hadisənin ilk günlərində yaxınlarının taleyindən məlumatsızlıq insanlarda sarsıntı yaşadıb. Bu insanlara ardıcıl olaraq 5 gün tibbdə “7 mərhələli krizis müdaxilə” adlanan vasitələrlə yardım göstərilib. Sonra isə qrup SOCAR-ın təklifi ilə işini PSM-nin ofisində davam etdirib. Burda daha 6 nəfərə yardım edilib. Psixoloji yardımdan başqa psixoterapevtlər bir neçə nəfərə müalicə kursu da təyin ediblər. Qrup hələ də psixoloji yardımlarını davam etdirir.

F.İsmayılov yardım göstərilən 28 nəfərin arasında uşaq və yeniyetmələrin olmadığını bildirib.

Yada salaq ki, dekabrın 4-də baş verən yanğın nəticəsində 11 nəfərin öldüyü, 19 nəfərin isə itkin düşdüyü bildirilir. Hadisələr zamanı 33 neftçinin isə həyatının xilas edildiyi söylənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG