Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:31

-

İranlı jurnalist və tərcüməçi, ikili İran-Britaniya vətəndaşlığı olan Bahman Darolshafayi Tehranda həbs olunub.

Hakimiyyət fevralın 3-də baş vermiş həbsin səbəblərini açıqlamayıb.

Müxalifətin Kalame vebsaytı bildirib ki, Darolshafayi Tehrandakı evində, özünü təqdim etməyən təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.

Mənbələrin AzadlıqRadiosuna bildirdiyinə görə, son aylar ərzində təhlükəsizlik əməkdaşları dəfələrlə Darolshafayi-ni sorğu-sual ediblər.

Darolshafayi Londonda yaşayırdı, iki il öncə Tehrana qayıdıb.

Onun Gmail hesabının da hücuma məruz qaldığı bildirilir.

Jurnalist 5 il BBC-nin fars xidməti ilə əməkdaşlıq edib. İranın sərt-xətt tərəfdarları bu xidməti yalan yaymaqda ittiham edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG