Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:33

-

Avropa Məhkəməsi fevralın 4-də “Tolışi sədo” qəzetinin redaktoru Hilal Məmmədovun işi üzrə qərarını açıqlayacaq.

Bu haqda məhkəmənin yaydığı press-relizdə bildirilir.

Hilal Məmmədov 2012-ci ilin iyununda həbs olunub. Həbs olunarkən polis əməkdaşlarının qeyri-insani rəftarına məruz qaldığını bildirir.

Jurnalist 2013-cü ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il həbs cəzası alıb. Məhkəmə onu qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamada, dövlətə xəyanətdə, milli, irqi, sosial və ya dini nifaq salmaqda suçlu hesab edib.

Avropa Məhkəməsinin açıqlayacağı qərar H.Məmmədovun qeyri-insani rəftara məruz qalması, azadlıq hüququnun məhdudlaşdırılması iddiası ilə bağlıdır. Jurnalist Avropa Məhkəməsinə şikayətində Avropa Konvensiyasının 3-cü və 5-ci maddəsi ilə qorunan hüququnun pozuntusunun tanınmasını, dəymiş zərərə görə kompensasiya edilməsini tələb edib.

Hilal Məmmədov “Amnesty İnternational” təşkilatı tərəfindən “vicdan məhbusu” elan edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG