Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:14

Misir məhkəməsi 2013-cü ilin avqustunda 11 polisin qətlinə görə 149 islamçıya kəsilmiş ölüm hökmünü ləğv edib.

Apellyasiya məhkəməsinin qərarına görə, indi onlar başqa məhkəmə instansiyası qarşısında duracaqlar.

Qeyd edək ki, bundan əvvəl Misirdə islamçıların kütləvi ölümə məhkum edilməsi beynəlxalq aləmin kəskin tənqidilə qarşılandı.

Hüquq müdafiəçiləri hökuməti “Müsəlman Qardaşları” hərəkatının üzvləri ilə hesab çəkməkdə günahlandırlar.

Xatırladaq ki, bu hərəkatın lideri olan Mohammad Morsi 2013-cü ildə ordu tərəfindən devrilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG