Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:09

“Bütün terrorçu qruplar məğlub edilməyincə Moskva Suriyada hava zərbələrini dayandırmayacaq”.

Bunu Rusiyanın xarici işlər naziri Sergei Lavrov Omanın paytaxtında keçirdiyi mətbuat konfransında deyib:” Biz Əl Nüsrə Cəbhəsi kimi terrorçu təşkilatları məğlub etməyincə Rusiyanın hava zərbələri dayandırılmayacaq”. deyə o vurğulayıb.

Qeyd edək ki, bu təşkilat Əl Qaidənin Suriyadakı qanadıdır.

ABŞ Dövlət katibi John Kerry fevralın 2-də bildirib ki, hazırda BMT-nin rəhbərliyi ilə sülh danışıqları aparıldığından Rusiya Suriya müxalifətinin bombalanmasını dayandırmalıdır.

Cenevrə danışıqlarında iştirak edən Suriya müxalifət qrupları danışıqlarda ilkin şərt kimi Rusiyanın hava zərbələrinin dayandırılmasını tələb ediblər.

Rusiya Suriyada əsas hədəfin “İslam Dövləti” qrupu, ABŞ və onun müttəfiqləri isə Bashar Assada qarşı mübarizə aparan müxalifət qüvvələrinin olduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG