Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:58

İşdən çıxarılan əlil ABŞ səfirliyinin önündə aclıq edir


Güloğlan İbrahimov
Güloğlan İbrahimov

-

İkinci qrup Qarabağ əlli Güloğlan İbrahimov fevralın 3-də Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi qarşısında aclıq aksiyasına başlayıb. O, Gədəbəy Qızıl Mədənindən işdən çıxarılıb. Güloğlan İbrahimov jurnalistlərə açıqlamasında haqsız, xəbərdarlıq edilmədən işdən çıxarıldığından bu addımı atdığını bildirib:

«Qalmışam pis vəziyyətdə, iş tapa bilmirəm. Ona görə də belə bir yola əl atmışam. Bilmirəm hara gedim, kimə müraciət edim. Dolana bilmirəm. Ona görə də Bakıya gəlib, Amerika səfirliyinin qarşısında aclıq aksiyası keçirirəm. Bəlkə kömək edə, səsimi eşidərlər».

Güloğlan İbrahimov boynundan asdığı plakatda aclıq elan etməsinin səbəbi ilə bağlı məlumat da yazıb. Hadisə yerinə gələn polislər onu ərazidən uzaqlaşdırmaq istəsələr də, Güloğlan İbrahimov oturduğu yerdə aksiyanı davam etdirəcəyini bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG