Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:02

-

Ukrayna Prezidenti Petro Poroshenko deyir ki, Rusiyayla Ukrayna arasında açıq müharibə riski bir il öncəkindən böyükdür.

Fevralın 3-də Almaniyanın “Bild” qəzetinin dərc etdiyi müsahibədə Poroshenko söyləyib ki, Rusiya Minsk razılaşmasının “bircə bəndini də” icra etməyib. Minsk sazişi Ukraynanın şərqində atəşkəs və sülh planından ibarətdir.

“Əvəzində ölkəmizdə 8 min rus əsgəri görürük. Birbaşa sərhəd boyunca yeni hərbi sahələr yaranır, daimi hərbi təlimlər keçilir”, Poroshenko deyib. O, fevralın 1-də Berlində Kansler Angela Merkel-lə görüşüb.

“İndi Rusiya Almaniyaya qarşı da informasiya müharibəsi başladıb”, Poroshenko deyib.

Berlin Rusiyanın Almaniyada qarışıqlıq yaratmaq, Merkel-i zəiflətmək cəhdlərindən şübhələnir. Merkel Rusiyanın Krımı anneksiyasından sonra Moskvaya qarşı sərt mövqe tutb.

Günün bütün mövzuları

XS
SM
MD
LG