Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:51

-

«NBC Bank», «Parabank» və «KredoBank» konsolidasiya ilə bağlı niyyət protokolu imzalayıb. APA bu xəbəri Mərkəzi Banka isnadən yayıb.

Fevralın 2-də «NBC Bank» ASC Mərkəzi Banka müraciət edərək digər banklarla konsolidasiya niyyəti olduğunu bildirib. Bundan başqa, maliyyə vəziyyətinin yaxşılaşdırılması, öhdəliklərin icrasının təmin edilməsi və kapital mövqeyinin bərpası ilə bağlı tədbirlər həyata keçirildiyini açıqlayıb.

Bu məqsədlə bankın digər banklarla birləşməsi haqqında niyyət protokolu imzalanıb. Kapitalın artırılması ilə bağlı banka yeni vəsait qoyuluşu həyata keçirilib.

Yada salaq ki, Mərkəzi Bank «NBC Bank»ın lisenziyasını ləğv etmişdi.

Ancaq bütövlükdə konsolidasiya prosesinin bank sektorunun strateji inkişaf xəttinə uyğunluğunu bəyan edən Mərkəzi Bank 2 gün əvvəl bu bankın lisenziyasını geri qaytarmışdı.

«Konsolidasiya prosesi tam başa çatdırılanadək bu bank Mərkəzi Bankın ciddi nəzarəti çərçivəsində fəaliyyət göstərəcək», - deyə məlumatda bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG