Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:53

-

Misirin hava şirkəti Rusiyadan 10 təyyarə almağı planlaşdırır. İki ölkə arasında uçuşların bərpasından ötrü turizm agentliyinin yaradılması da nəzərdə tutulur.

Ötən ilin oktyabrında Misirin Sinay yarımadasında Rusiya təyyarəsi partlayb, 224 nəfər həlak olub. Bundan sonra Rusiya Misirə uçuşları dayandırıb.

Fevralın 2-də Misirin özəl Egyptian Leisure Airlines şirkəti təyyarələrin alınması barədə anlaşma memorandumu imzalayıb.

Sazişdə birgə müəssisənin yaradılması da nəzərdə tutulur. Belə ki, Egyptian Leisure 3 il ərzində 45 ədəd Sukhoi SSJ-100 təyyarəsi ala və Rusiya turistlərinin Misirə daşınmasını təmin edə bilər.

Misirin Mülki aviasiya naziri Hossam Kamal deyib ki, ilin birinci yarısında Rusiyadan uçuşların bərpa olunacağını gözləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG