Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:08

-

«Yəqin ki, parkı lazımi tədbirlər görülməsi məqsədilə hasarlayıblar. İnanmıram ki, parkın ətrafının hasarlanması Məhəmməd Əmin Rəsulzadənin heykəlinə görə olsun».

Azərbaycan Xalq Cümhuriyyətinin banisi M.Ə.Rəsulzadənin büstü olan Gəncə parkının hasarlanmasına onun nəvə Rəis Rəsulzadənin cavabı belə olub.

Nəvə babası ilə bağlı prezidentin sərəncamı olduğunu və Milli Məclisdə müzakirələrin aparıldığını vurğulayıb. Onun fikrincə, bütün bunlardan sonra , «Elmar Vəliyev başqa məqsəd güdə də bilməz».

Xatırladaq ki, yanvarın 31-də 132-ci ildönümü qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin büstünün yerləşdiyi Gəncə Dəmiryolçular Parkının ətrafı hasarlanıb. Bundan bir müddət əvvəl isə parkın ətrafı açıq olsa da, büstün başına torba keçirilmişdi. Uzun müddətli ictimai qınaqdan sonra millət vəkillərinin də məsələyə qarışması ilə büstün başındakı torba çıxarılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG