Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 23:59

-

Fevralın 2-də ABŞ Nümayəndələr Palatası Respublikaçıların hazırladığı, İranla nüvə sazişinə qarşı olan qanun layihəsini qəbul edib. Bu qanun Prezident Barack Obama-nın Tehrana sanksiyaları qaldırmasını çətinləşdirir.

İranın Terroru Maliyyələşdirməsində Şəffaflıq Aktı 246-181 səs çoxluğu ilə qəbul olunub. Qanun İrandan bəzi şəxslərə və maliyyə institutlarına sanksiyaların qaldırılmasını qadağan edir. Gərək prezident Konqresi əmin etsin ki, həmin şəxslər İranın ballistik raket proqramında və ya terrorçu fəaliyyətdə iştirak etməyib.

Sənədin tərəfdarları bildirirlər ki, bu, sadəcə Obama-nı vədini yerinə yetirməyə məcbur edəcək, yəni nüvə sazişinin imzalanmasına baxmayaraq, ballistik raket proqramı üzərinə sanksiyalar qoyacaq.

İran qanuna qarşı çıxır. Ağ Ev də xəbərdarlıq edib ki, sənəd ötən ay qüvvəyə minmiş nüvə sazişini “iflasa uğradar”.

Günün bütün mövzuları

XS
SM
MD
LG