Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:39

-

Tehran səhm birjasında indekslər son bir ildə ən yüksək həddə çatıb. Bu, ötən ay Tehrana beynəlxalq sanksiyaların qaldırılmasından sonraya təsadüf edir.

Tehranın TEDPIX indeksi fevralın 2-də 73,725-ə yüksəlib. İndeksin yüksəlməsinə sanksiyaların qaldırılmasından keçən 10 gün ərzində 16.6 milyon dollarlıq xarici investisiya axını səbəb olub. Xəbəri Bloomberg yayıb.

Birjanın rəhbəri Hassan Ghalibaf Asl Bloomberg-ə deyib ki, qısa müddət ərzində müsbət təsiri duymaqdadırlar. “Bu, daha çox psixoloji məqamdır. Mənzərə səhmdarlara aydın olduğu üçün gələcəyə dair nikbinlik yaradıb”.

Sanksiyalardan sonra İran iqtisadi yüksəliş gözləyir. İndi xam neftini daha sərbəst satacaq, üstəlik, 100 milyard dollarlıq dondurulmuş sərvətini də əldə edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG