Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:38

“Azərenerji”nin reytinqi mənfiyə düşdü


-

“Standard & Poor's” (S&P) beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC-nin qısa və uzunmüddətli kredit reytinqini “BBB-/A-3” səviyyəsindən “BB+/B”-dək endirib. Bu barədə APA məlumat yayıb.

Reytinq üzrə proqnoz neqativ olaraq qalır.

Hesabatda bildirilir ki, agentlik "Azərenerji” ASC-yə verilən reytinqi “CreditWatch” siyahısından 90 gün ərzində çıxara bilər.

Bunun üçün agentlik hökumətin ASC-yə verəcəyi zəruri dəstəklə bağlı daha detallı informasiya istəyir.

Yada salaq ki, reytinq agentliyi buna qədər “Azərbaycan dəmir yolları” QSC-nin kredit reytinqlərini də mənfiyə doğru endirmişdi və buna cavab olaraq QSC bu qurumla əməkdaşlıqdan imtina etmişdi.

“Standard & Poor’s” bir neçə gün öncə Azərbaycanın kredit reytinqini də bir pillə salıb.

XS
SM
MD
LG