Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:48

-

Birləşmiş Ştatlar rəsmiləri ölkədə Zika virusuna ilk yoluxma halını təsdiqləyiblər. Virus Texas ştatında cinsi yolla keçib.

Belə ki, yoluxan şəxs hazırda virusun yayıldığı ölkədən qayıtmış xəstəylə cinsi əlaqədə olub.

Ağcaqanad mənşəli bu virus doğuş qüsurları və nevroloji problemlərlə əlaqələndirilir və son məlumat onun getdikcə daha çox yayılması sarıdan narahatlığı artırıb.

Bir gün öncə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun Mərkəzi və Cənubi Amerikada yayılması ilə bağlı fövqəladə vəziyyət elan edib.

Ötən ilin oktyabrından Braziliyada 4 mindən çox yoluxma qeydə alınıb. Avqustda Braziliyada Olimpiya Oyunları keçiriləcək.

ÜST bildirir ki, gələn il Mərkəzi və Cənubi Amerikada 3-4 milyon insan bu virusa yoluxa bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG