Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:21

“Bu bəyanat heç bir fakta söykənməyib. Mənə elə gəlir ki, bu Rusiya hərbi hava qüvvələrinin Suriyanın hava qüvvələri ilə birlikdə orda keçirdiyi əməliyyatların effektli olması və ilk növbədə terror təhlükəsi ilə bağlı beynəlxalq aləmin qarşısında duran tapşırıqlara nail olunmasına görə bizim qərb tərəfdaşlarımızın peşmançılığını göstərir”.

Bunu fevralın 2-də Abu Dabidə keçirdiyi mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergei Lavrov Böyük Britaniyanın xarici işlər naziri Philip Hammondun bəyanatına cavab olaraq bildirib.

Qeyd edək ki, Philip Hammond bazar ertəsi Reuters agentliyinə müsahibəsində deyib ki, Rusiyanın Suriyadakı hərəkətləri münaqişəni dərinləşdirir və müharibə zonasından qaçqın axınını artırır.

Hammond qeyd edib ki, Rusiyanın hərbi zərbələri yalnız Suriya prezidenti Bashar Assadı dəstəkləməyə yönəlib.

Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zakharova da bundan əvvəl Londonun bu bəyanatının təhlükəli dezinformasiya olduğunu bəyan edib.

Moskva əsas hədəfin İslam Dövləti qrupu və digər terrorçular, ABŞ və onun müttəfiqləri isə prezident Bashar Assada qarşı mübarizə aparan mötədil müxalifətçilər olduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG