Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:36

►“Dünya bazarında neftin qiymətinin davamlı şəkildə düşməsi korrupsiya, səriştəsizlik və bərbad idarəçiliyin girovuna çevrilmiş Azərbaycanda fəlakətli bir vəziyyət yaradıb.

İqtidar yarımçıq və ziddiyətli addımları ilə əslində böhranın qarşısını almağa qadir olmadığını nümayiş etdirib. Beynəlxalq maliyyə mərkəzlərindən borc almaq cəhdləri də iqtidarın gücsüzlüyünün etirafıdır.”

Bir neçə müxalifət partiyasının, tanınmış ictimai fiqurların birləşdiyi Milli Strateji Düşüncə Mərkəzinin xalqa müraciətində belə deyilir.

"Etiraz aksiyalarının böyüməsi an məsələsidir"

“Bu ilin yanvar ayında bölgələrdə keçirilən etirazlar Azərbaycan tarixində sosial-iqtisadi tələblərlə keçirilən ən yekcins, davamlı və sinxron kütləvi tədbirlər kimi dəyərləndirilməlidir. Etiraz aksiyalarının böyüməsi, sosial-iqtisadi narazılığın ictimai-siyasi gərginliyə çevrilməsi zaman məsələsidir” - deyə müraciətdə vurğulanır.

Müraciətdə deyilir ki, xalq problemlərin həllinə ümid edir. Əks halda etirazların daha kütləvi və qarşısıalınmaz olacağı qaçılmazdır.

Buna da bax: “Moskva” univermağında qızılsatanlar işi dayandırdı

“Yol xəritəsi“

MSDM böhrandan çıxa bilmək üçün cəmiyyətə yeni ““Böhrandan İmkana Yol Xəritəsi” təklif edib.

“Yol xəritəsi”nin əsas məqsədi əhalini böhrandan qorumaq, iş adamlarına azad iqtisadi fəaliyyət şansı yaratmaqdır. Bundan başqa demokratik qüvvələrə öz potensialını gerçəkləşdirmək, rejimə isə hakimiyyəti dinc və tədrici şəkildə xalqa təhvil vermək təklif edilir.

Buna da bax: Rasim Əliyevin işi üzrə məhkəməyə... qaz buraxıldı

"Konstitusiya dəyişsin, yeni parlament və prezident seçkiləri keçirilsin"

“Yol Xəritəsi”ində təcili sosial, iqtisadi və siyasi təkliflər əksini tapıb. Müəlliflər 2016-cı ilin fevralında yeni Konstitusiya layihəsinin (və ya Konstitusiyaya əlavə və dəyişikliklər) hazırlanması məqsədilə Konstitusiya Komitəsi yaradılmasını, yazda bundan ötrü referendum keçirilməsini təklif edir. Bundan başqa ilin ikinci yarısında parlament, 2017-ci ildə isə prezident seçkilərinin keçirilməsi ideyası irəli sürülür

Bundan əvvəl bir sıra müxalifət partiyalarının birləşdiyi Milli Şura da yeni parlament seçkilərinin keçirilməsi ilə bağlı təkli irəli sürmüşdü. Ancaq hakimiyyət düşərgəsindən bu təklifə hər hansı bir reaksiya bildirilmiyib.
Azərbaycanda son parlament seçkiləri keçən il noyabrın 1-də keçirilib.Həmin seçkilərdə hakim Yeni Azərbaycan Partiyası mütləq üstünlük əldə edərək 70-dən çox mandat qazanmışdı.Milli Şura və Müsavat partiyası bu seçkiləri baykot etmişdilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG