Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:30

Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putini Ukraynanın şərqindəki rusiyapərəst separatçılar üzərində nüfuzundan istifadə edərək münaqişənin siyasi yolla həllində irəliləyişə nail olmağa çağırıb.

Merkelin ofisindən verilən məlumata görə, Merkel fevralın 2-də Putinlə telefonla danışıb.

Merkel bildirib ki, Ukraynanın şərqində vəziyyət yaxşılaşmalı, atəşkəsə əməl olunmalı və irəliləyişə nail olmaq üçün beynəlxalq müşahidəçilərin münaqişə zonasına girişinə imkan yaradılmalıdır.

Qeyd edək ki, Merkel bəyanatdan bir gün əvvəl Berlində Ukrayna prezidenti Petro Poroshenko ilə görüşüb.

Merkel fevralın 1-də Poroshenko ilə görüşdən sonra Avropa Birliyini Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlamağa çağırıb.

Ukrayna prezidenti Petro Poroshenko da eyni bəyanatla çıxış edib.

Qeyd edək ki, Avropa Birliyi ötən ilin dekabrında Rusiyaya qarşı sanksiyaları daha 6 ay uzadıb.

2014-cü ilin apprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 9 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG