Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:05

-

Sabunçu rayonundakı “Emin” kafesində baş verən münaqişə zamanı 3 polis əməkdaşı xəsarət alıb.

Daxili İşlər Nazirliyi və Bakı Şəhər Prokurorluğunun fevralın 2-də yayılan bəyanatında belə deyilir. Məlumatda qeyd edilir ki, polis əməkdaşları fevralın 2-də gecə saatlarında 102 xidmətinə daxil olan çağırış əsasında “Emin” kafesindəki münaqişəni nəzarət altına almaq üçün gediblər. Bəyanatda görə, kafedəkilər sərxoş olublar. Onlardan bir neçəsi bıçaqla polis əməkdaşlarına hücum ediblər. Nəticədə polis kapitanı Ağaəli Ələkbərli, polis serjantları Elnur Şərifov və Bəxtiyar Abbasov bədən xəsarətləri alıb.

Hadisə yerinə gələn əməliyyat qrupu hadisəni törətməkdə şübhəli bilinən Dəyanət Muradovu, İlham Məmmədovu və Fariz Məlikovu Polis Bölməsinə aparıb. Onların barəsində həbs tədbiri seçilib.

Bəyanatda bildirilir ki, faktla bağlı Sabunçu prokurorluğunda Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2, 221.3 və 315.1 maddələri ilə cinayət işi açılıb. Söhbət silah qismində istifadə edilən əşyaları tətbiq etməklə ictimai qaydanı pozmaqdan, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmədən və ya zor tətbiq etmədən gedir. Ancaq təqsirləndirlən tərəfin istər ailə üzvilərinin, istərsə də vəkillərinin olayla bağlı hər hansı açıqlaması ictimaiyyətə bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG