Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:59

Qazaxıstanın keçmiş paytaxtı Almaatıda dollarla götürülmüş kredit faizlərinə qarşı yenidən etiraz aksiyası keçirilib.

Qeyd edək ki, milli valyuta tengenin dollara nisbətdə kəskin düşməsi bu cür kredit faizlərinin ödənilməsində problem yaradıb.

Fevralın 2-də “Kaspi Bank”ın qarşısına toplaşan aksiyaçılar bankın rəhbəri Mikhail Lomtadze ilə görüş tələb ediblər.

Etirazçılar dollarla götürülmüş kreditlərin 2015-ci ilin yanvarında olduğu kimi 183 tenge nisbətində ödənilməsini tələb edirlər.

Qeyd edək ki, hazırda Qazaxıstanda 1 ABŞ dolları 360 tengedir.

Bank rəhbərliyi ilə görüşə bilməyən etirazçılar bundan sonra Mərkəzi Bankın qarşısına yollanıblar.

Ötən ildən bu yana dünya bazarında neftin kəskin düşməsi, əsasən neftdən aşlı olan Qazaxıstan iqtisadiyyatına ciddi ziyan vurur.

Son aylar paytaxt Astana da daxil olmaqla ölkənin bir sıra şəhərlərində iqtisadi tələblərlə etiraz aksiyaları keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG