Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:28

-

ABŞ hava zərbələri Əfqanıstanın şərqində İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının radio stansiyasını dağıdıb.

Amerika və əfqan rəsmiləri fevralın 2-də bildiriblər ki, Pakistanla sərhəd yaxınlığında yerləşən “Xilafətin Səsi” radiosuna iki zərbə endirilib.
Nangarhar vilayəti valisinin sözçüsü Attaullah Khogyani AzadlıqRadiosuna bildirib ki, hücumlarda İŞİD-in 20 yaraqlısı da öldürülüb.


O, hücumda azı bir radiotexnikin və bir müxbirin öldürüldüyünü sözlərinə əlavə edib.

Bu radio son bir neçə həftə ərzində Nangarhara ekstremist mesajlar yayırdı. Radiostansiya ötən ilin sonunda yaradılmışdı.

XS
SM
MD
LG