Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:53

-

Cəlal Əliyevin mirasına dair sənədlərdən bəzilərinin surətləri

Cəlal Əliyevin mirasına dair sənədlərdən bəzilərinin surətləri

Akademik Cəlal Əliyev dövlətin 1-ci özəlləşdirmə proqramının gedişində Bakıda bir neçə istehsal və ticarət müəssisəsinin özəlləşdirilməsinə yaxından qatılıbmış.

Bunların arasında Mərkəzi Univermaq, Keşlədəki Bakı ət kombinatı, «Göyəzən» çörək zavodu, anbar kimi istifadə olunan «Bakı Geyim» ASC, «Günəş» şadlıq sarayı və s. varmış. «Bakı Şampan Şərabları» ASC investisiya müsabiqəsi yolu ilə Cəlal Əliyevin həyat yoldaşı Eleanora Qazıbəyovanın təsisçisi olduğu şirkətlərdən birinin adına özəlləşdirilibmiş.

Məlumatlı qaynaq – ona təzyiqlər olmasın deyə kimliyini açıqlamaq istəməyən səhm bazarı iştirakçılarından biri AzadlıqRadiosuna deyib ki, 2014-cü ildə yuxarıda adları çəkilən şirkətlərdən bir çoxunun (MUM, «Bakı-Ət» və «Bakı Geyim») səhmləri Cəlal Əliyevin Londonda yaşayan yeganə övladı – İzzətxanım Cavadovanın adına keçirilib. Yenə həmin qaynağın məlumatına görə, bu səhmlər kiçik səhm sahiblərindən alınarkən, Cəlal Əliyev səxavətli davranmış və bazar qiymətini aşan qiymət ödəyibmiş.

Rəsmi məlumatlara əsasən, İzzətxanım Cavadovanın Azərbaycandan başqa İngiltərə və İspaniyada da mülkləri var.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG