Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:43

Fevralın 3-də yağmursuz hava gözlənilir


Foto illüstrasiya
Foto illüstrasiya

-

Fevralın 3-də Bakı və Abşeronda hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti həmçinin bildirir ki, yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimal olunur.

Axşam bəzi yerlərdə duman olacaq. Güclü şimal-qərb küləyi, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

Sabah ölkənin rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi qeyd edilir.

XS
SM
MD
LG