Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:58

-

TANAP-ın Türkiyə hissəsində tikinti işləri dayandırılıb. Buna boruların yerləşdiriləcəyi ərazidə Roma İmperiyası dövrünə aid yeraltı otaqların aşkar olunması səbəb olub. APA bu xəbəri yayıb.

Azərbaycanın Xəzər dənizindəki təbii qazı Türkiyəyə və Avropaya nəql edəcək «Trans Anadolu» Təbii Qaz Boru Xətti Layihəsi (TANAP) çərçivəsində işlərin həyata keçirildiyi Ankara bölgəsində bu hal aşkar edilib.

Gölbaşı rayonunun Dikilitaş məhəlləsində boruların yerləşdiriləcəyi tunel buldozerlə qazılarkən Roma İmperiyası dövrünə aid yeraltı otaqlar aşkar olunub. Üzərində xaç simvolları olan 4 otağın aşkar olunmasından sonra bölgədə boru döşəmə işləri dayandırılıb. VII əsrə aid olduğu ehtimal edilən otaqlarda Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri araşdırmalar aparırlar. Mütəxəssislər otaqların həmin dövrə aid məzar olduğunu düşünürlər.

Azərbaycan qazını Avropaya nəql edəcək TANAP layihəsi 4 mərhələdə həyata keçiriləcək. İlk mərhələsi 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd. kubmetrə, 2023-cü ildə 23 mlrd. kubmetrə, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq.

İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri başqa Avropa ölkələrinə, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG