Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:12

-

İranın keçmiş prezidenti Akbar Hashemi Rafsanjani sərt xətt tərəfdarlarının islahatçı namizədləri seçkiyə buraxmamasını tənqid edib. Rafsanjani fevralın 1-də danışıb və onun bəyanatı 26 fevral seçkisindən öncə ölkədə siyasi mübahisənin dərinləşdiyini göstərir.

Ruhanilərdən ibarət Mühafizə Şurası minlərlə namizədi seçkiyə buraxmayıb. Bu, mötədil prezident Hassan Rohani və onun müttəfiqi Rafsanjani üçün bir geriləmə sayılır. Rafsanjani 1989-1997-ci illərdə prezident olub.

Namizədliyi qeydə alınmayanlar içində İslam respublikasının ilk Ali Dini lideri Ayatollah Ruhollah Khomeini-nin nəvəsi də var. O da islahatçılara bağlıdır.

Rafsanjani ISNA dövlət xəbər agentliyinə deyib: “İmam Khomeini-nin nəvəsini də qeydiyyata almayıblar. O, babasına çox bənzəyir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG