Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:58

Daha 5 nəfər “Magnitsky” siyahısında


Sergei Magnitsky-nin fotosu olan döş nişanları

Sergei Magnitsky-nin fotosu olan döş nişanları

-

Birləşmiş Ştatlar daha 5 nəfəri “Magnitsky” siyahısına daxil edib. Bu siyahıya düşənlər rusiyalı vəkil Sergei Magnitsky-nin ölümü ilə bağlı insan haqları pozucuları sayılır və onlara sanksiyalar tətbiq olunur.

ABŞ Maliyyə Departamenti fevralın 1-də əlavə adlar açıqlayıb. Bununla da Konqresin 2012-ci ildə qəbul etdiyi qanun 39 nəfəri əhatələmiş olur.

Bu şəxslərdən çoxu ya Magnitsky-nin aşkarladığı vergi saxtakarlığına, yaxud vəkilin öldüyü həbsxanaya hansısa formada bağlıdır.

Fevralın 1-də əlavə olunan şəxslər sırasında daxili işlər nazirinin müavini də var.

Rusiya daha öncəki reaksiyalara qəzəbli reaksiya verib və ABŞ rəsmilərinin oxşar siyahısını hazırlayıb. Kreml həmin şəxslərin insan haqları pozuntularına yol verdiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG