Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:04

-

Aparıcı ABŞ senatoru deyir ki, Rusiya Prezidenti Vladimir Putin-in sərvəti barədə açıqlamalar onun idarəçiliyində “sabitsizlik” yarada bilər, belə ki, Rusiya əhalisi bu haqda getdikcə daha çox bilgi əldə edir.

Senator, Senatın Xarici əlaqələr komitəsinin respublikaçı sədri Bob Corker fevralın 1-də “Amerikanın Səsi”nə danışıb. “Rusiya xalqı anlamağa başlayır ki, onların lideri nəhəng sərvət toplayıb”, Corker deyib. O, Putin-in “milyardlarla dollar şəxsi sərvət” topladığını söyləyib. “Bunu normal hökumət əməliyyatları ilə etmək mümkünsüzdür. Bunu ancaq korrupsiya yoluyla etmək mümkündür”, Senator sözlərinə əlavə edib.

ABŞ Maliyyə Nazirliyinin rəsmisi ötən həftə BBC-yə bildirib ki, Putin “korrupsiyanın şəklidir”. Ağ Ev də həmin fikirlərin Obama administrasiyasının Putinlə bağlı baxışlarını əks etdirdiyini söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG