Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:22

-

Daxili İşlər Nazirliyinin mətbuat xidməti saxta dollar satan dəstənin tutulduğunu bildirir. Bu məlumata görə, Bakı polisi Beyləqan rayon sakini Emin Abuşovu 796 ədəd 100 dollarlıq saxta əskinası 49 min manata satmaq istəyərkən saxlayıb. Aparılmış araşdırmada ona saxta əskinasları Bakı şəhər sakini Vüqar Abbasov və Gürcüstan vətəndaşı Əli Rüstəmovun verdiyi müəyyən edilib. Hər iki şəxs tutulub. Baxış zamanı Ə.Rüstəmovun üzərindən 2 ədəd, V.Abbasovdan isə 10 ədəd 100 dollarlıq saxta əskinas götürülüb. Faktla bağlı Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb.

Məlumatda qeyd edilir ki, bundan əvvəl də bir neçə şəxsin saxta pullar hazırlaması və satış ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Saxlanılan şəxslərin üzərindən və Bakı şəhərində kirayə qaldıqları mənzildən külli miqdarda - 10 min manatdan artıq saxta pul əskinasları götürülüb. Saxta əskinasların hazırlanması üçün istifadə olunan xüsusi avadanlıqlar və digər maddi sübutların da aşkar olunaraq götürüldüyü qeyd edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG