Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:09

-

Azərbaycan televiziyalarında yayımlanan “Maşa və Medved”, “Buz dövrü” kimi cizgi filmlərində zorakılıq elementləri mövcuddur. Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitika şöbəsinin müdiri Təvəkkül Dadaşov belə deyib. Bu xəbəri “Report” yayıb.

Təvəkkül Dadaşov bildirib ki, şura telekanallara zorakılıq hallarını təbliğ etməyən cizgi filmləri yayımlamağı tövsiyə edib: “Bəzi cizgi filmlərində zorakılıq halları müşahidə olunur. Əslində, bu hallar əyləncə xarakteri daşıyır. Amma bu filmlər onları seyr edən uşaqlarda aqressiya yarada və ya həmin hərəkətləri təkrar etmək kimi vərdişlər aşılaya bilər. Bəzi psixoloqlardan, ekspertlərdən bu məsələ ilə bağlı müraciətlər alırıq. Biz də telekanallara tövsiyə edirik, çalışıb elə cizgi filmləri yayımlasınlar ki, orada uşaqların aqressiyasına səbəb olan zorakılıq halları az olsun”.

T.Dadaşov bildirib ki, yerli cizgi filmlərinin qıtlığı var və bu səbəbdən də telekanalların başqa variantı qalmır: “Yerli cizgi filmləri az olduğu üçün televiziyalar əcnəbi filmləri efirə verirlər. Bu filmlər çox zaman çəkilən ölkələrin öz psixologiyasına uyğun olur və ya efirdə müəyyən saatlar üçün nəzərdə tutulur. Bizim kanallar isə bəzən həmin cizgi filmlərini günün istənilən saatında yayımlayırlar”.

Son zamanlar “Mədəniyyət” telekanalında çox maraqlı milli cizgi filmlərinin yayımlandığını deyən şöbə müdiri qeyd edib ki, milli cizgi filmlərinin çəkilməsi üçün dövlətin maliyyə yardımın ayrılması hələlik aktual deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG