Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:31

Kreml “Google vergisi” barədə düşünür


Vladimir Putin (solda) və German Klimenko

Vladimir Putin (solda) və German Klimenko

-

Kremlin müşaviri xəbərdarlıq edir ki, Rusiya Google, Apple, Facebook və digər qlobal texnologiya şirkətlərini vergi tətbiq edə bilər. “Rusiya və xarici şirkətlər qanun qarşısında bərabər olmalıdır”, Kremlin İnternet üzrə müşaviri German Klimenko fevralın 1-də Rusiya Xəbər Xidmətinə bildirib. Onun sözlərinə görə, xarici şirkətlərə vergi tətbiqi Qərb ölkələrində “tamamilə normal” sayılır.

“Google-un Rusiya ərazisində nə qədər qazandığını bilmək və buna 18 faiz əlavə etmək istərdim”, o deyib. “Doğrudan da bu rəqəm mənə maraqlıdır. Bunu biləndən sonra bir qənaətə gələcəyik”.

Bir neçə gün öncə Klimenko deyib ki, Google, Facebook və digər sosial media şirkətləri qanunvericiliyə əməl etməsələr, “gec, ya tez” Rusiyada bağlanacaqlar. Avqustda qüvvəyə minmiş qanun bu şirkətlərin Rusiyada toplanan informasiyanın saxlandığı yerlərin açıqlanmasını tələb edir. İndi isə müşavir əlavə dəyər vergisindən danışır.

XS
SM
MD
LG