Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:40

Maksim Qorkinin əsərləri ideoloji idi və vaxtı keçibmi?


Maxim Gorky (Maksim Qorki)

Maxim Gorky (Maksim Qorki)

-

"ANA" romanının ingilis dilinə tərcüməçisi Aplin deyir ki, bu roman "xristian ananın özünü fəda etməsi haqdadır."

Maxim Gorky'nin 3 əsas əsəri

Maxim Gorky. Portretin müəllifi Boris Grigoriev, 1926

Maxim Gorky. Portretin müəllifi Boris Grigoriev, 1926

O, Azərbaycanda yetmiş il məşhur olmuş bir yazıçıdır. Bugünsə onun əsərləri guya sosialist realizmi olduğu üçün artıq oxunmur, əksər yerli ədəbiyyatşünaslar və ədəbiyyat müəllimləri hesab edirlər ki, o əsərlər ideoloji əsərlər idi.

Maraqlıdır ki, maliyyə kapitalizminin baş şəhəri - Londonda Maxim Gorky'nin əsərlərini nüfuzlu nəşriyyatlar çap edir, pyesi isə Milli Teatrda səhnəyə qoyulur.

"Alma Classics" seriyasından "Ana" romanının son nəşri elə bu il, bu ötən ay çıxıb.

"Günəşin uşaqları" pyesi "Faber & Faber" nəşriyyatında 2013-cü ildə çıxıb. Pyes London Milli Teatrında Andrew Upton rejissorluğu ilə 2013-cü ildə səhnəyə qoyulub. Sidney Teatrında da həmçinin.

"Mənim uşaqlığım" kitabı "Penguin" nəşriyyatının "Modern Classics" seriyasından 1990-cı ildə işıq üzü görüb.

Hərçənd, bu əsərləri Bakıda kitab mağazalarında latın qrafikasıyla tapmaq mümkündür, onlar nədən bəhs edir, artıq indiki gənclik bilmirlər.

"ANA" romanı

​Bu romanda hadisələr M.Gorky'nin doğulduğu Nijniy Novqorodda baş verir. Ordu 1902-ci il May nümayişini dağıdır, nümayişin liderləri həbs olunur. İnqilabçı mexanik Peter Zalomov bu məhkəmədə bir təsirli monoloq deyir.

Kitabın üzü

Kitabın üzü

Həmin Zalomov bu romandakı qəhrəman Pavel Vlasovun prototipi idi.

Lenin "Ana" romanını “zamanın kitabı” adlandırsa da, romanın ingilis dilinə tərcüməçisi Aplin yazır ki, bu roman "xristian ananın özünü fəda etməsi haqdadır".

Kitabın baş qəhrəmanı olan Ana onu həmişə döyən fəhlə ərinin ölümündən sonra oğluyla tək qalır. Bir müddət sonra oğlunun qəsəbədə yaşayan başqa gənclərdən fərqləndiyini görür. Pavel evi kitabla doldurur.

Pavel anasını sosializmlə, əzilən fəhlə-kəndli sinfinin burjualarla apardığı qovğayla tanış edir. Pavel hər gün dostlarını yığıb, evdə toplantı keçriir.

Əvvəlcə qorxan Ana sonra oğlunun mübarizə dostlarıyla mehribanlaşır, o da bu yola qoşulur. Ana fəhlələrə və kəndlilərə gizli vərəqələr paylayır.

1906-cı il inqilabı ərəfəsidir. Pavel və onun dostları həbs olunur. Ana qəsəbədəki başqa bir sosialist gəncin - Nikolayın evinə sığınır.

Məhkəmədə Pavel və dostları üçün sürgün hökmü çıxanda Ana Moskvaya oğlunu müdafiə etməyə gedir. Orada oğlunun ardıcılı olduğu üçün öldürülür.

.

"Günəşin uşaqları" pyesi

Qorkinin “Ana”dan bir il əvvəl yazdığı bu pyesi London Milli Teatrı "heyrətediləcək qədər müasir pyes" adlandırmışdı.

Bu pyesdə 1905-ci ildə elm və cəmiyyətdə gedən inqilabi çevriliş arasında paralel aparılır. M.Qorki bu pyesi çara qarşı etirazlarına görə həbsxanada olarkən yazıb.

Bu pyesin qəhrəmanı inanır ki, Kimya elmi sürətlə inkişaf edir, yüz ildən sonra biz artıq labaratoriya borusunda həyat yarada və ölümə də qalib gələ biləcəyik.

Onun kimyəvi sınaqlarında təzyiq və buxar yarandıqca paralel olaraq, cəmiyyət də qaynayır, fəhlələr üsyan edirlər. Narsist orta sinif isə hələ indi-indi cəmiyyətdə olan sosial partlayışdan yüngülvari xəbər tutur.

London Milli Teatrından bu pyesin treyleri

"Mənim universitetlərim"

Qorkinin "Uşaqlıq", "Çörəyimi qazanarkən" kitablarından sonra həyatından danışdığı üçüncü əsəridir.

Əgər "Mənim uşaqlığım" yazıçının atasının ölümülə açılır və nənəsinin arxasında gizlənən uşaq dililə nəq olunursa, bu kitabda nənəsi vəfat edib. Universitet oxumağa getdiyi şəhərdə oxuya bilmir, işləyir. Həyatda tək qalıb. Otaq yoldaşlarının siyasi ayıqlığı ona da təsir edir.

Bu kitabla o, həyatın ona universitet olduğunu göstərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG